"Onun komandadan gedə biləcəyi haqda şayiələr yayılıb, mən isə sakitəm"

5 Oktyabr 2023 02:40 Almaniya 390
"Onun komandadan gedə biləcəyi haqda şayiələr yayılıb, mən isə sakitəm"

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Bayer"in baş məşqçisi Xabi Alonsonun Almaniyanı tərk edəcəyi ilə bağlı xəbərlər yayılıb.

Sportinfo.az xəbər verir ki, Alonsonun "Real"a baş məşqçi təyin ediləcəyi xəbərləri dolaşır.

Məsələ haqda Leverkuzen klubunun idman direktoru Simon Rolfes Almaniya mətbuatına danışıb. Klub rəsmisi ispaniyalı mütəxəssisin Almaniyada qalacağına işarə vurub:

"Xabi klubla müqavilə müddətini bir müddət əvvəl uzadıb və bunu əbəs yerə etməyib. Çünki o, böyük layihə qurduğumuzu bilir.

Onun çox yaxşı komandası, çox yaxşı məşqçilər heyəti var. Üstəlik, rəhbərlik Xabiyə tam dəstəkdir.

Bu da, bizi və onun özünü motivasiya edir. Bəli, onun komandadan gedə biləcəyi haqda şayiələr yayılıb.

Məşqçi ilə məsələ futbolçulardakı kimi deyil. Baş məşqçi üçün doğru yerdə olduğunu anlaması vacibdir.

Məşqçinin komandaya uyğun olduğunu başa düşməsi də, klub üçün önəmli məqamdır. Hər iki tərəf bir neçə həftə əvvəl bu məqsədlə konkret öhdəliklər götürmüşük. Ona görə mən sakitəm".

“Bayer” Almaniya Bundesliqasına liderlik edir. 41 yaşı mütəxəssis 2022-ci il oktyabrın 5-də “Bayer”lə müqavilə imzalamışdı. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!