"Qarabağ"ın önünə çıxacaq - “Mançester Siti”nin yetirməsi

4 Oktyabr 2023 09:00 Almaniya 530
"Qarabağ"ın önünə çıxacaq - “Mançester Siti”nin yetirməsi

"Bayer" müdafiəçisi Ceremi Frimponqla müqavilənin uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

22 yaşlı futbolçu ilə yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki sözləşmə isə 2025-ci ilin yayına kimi idi.

“Mançester Siti”nin yetirməsi olan Ceremi 2021-ci ilin yanvarında “Seltik”dən “Bayer”ə keçib. O, Leverkuzen təmsilçisinin heyətində 103 oyuna çıxıb və 13 qol vurub.

Bu mövsüm Frimponq 8 oyun keçirib, 2 qol vurub və 3 qolun ötürməsini edib.

"Bayer"lə "Qarabağ" arasındakı 3-cü tur matçı oktyabrın 26-da Leverkuzendə, 4-cü tur oyunu isə noyabrın 9-da Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!