
Müdafiəçi Jerom Boatenq “Bayern”ə qayıtmağa yaxındır.
Sportinfo.az xəbər verir ki, tərəflər müqavilə bağlamağa hazırdırlar.
35 yaşlı futbolçu tibbi müayinənin ilk yarısını artıq başa vurub.
Boatenq hazırda azad agentdir. O, 2011-2021-ci illərdə Münhen klubunda çıxış edib, 363 oyun keçirib, 10 qol vurub və 25 məhsuldar ötürmə edib.