"Qarabağ"la oyunlarda olacaq - Argentinalı yarımmüdafiəçi

29 Sentyabr 2023 02:30 Almaniya 706
"Qarabağ"la oyunlarda olacaq - Argentinalı yarımmüdafiəçi

"Qarabağ"ın Avropa Liqasının H qrupundakı rəqibi olan "Bayer"də yeni müqavilə imzalanıb.

Sportinfo.az xəbər verir ki, Leverkuzen təmsilçisi argentinalı yarımmüdafiəçi Ezekiel Palasiosla müqavilə müddətini artırıb.

2025-ci ilin yayında başa çatan yeni müqavilənin müddəti 30 iyun 2028-ci ilə qədər uzadılıb. 24 yaşlı futbolçu 2020-ci ildə “River Pleyt”dən “Bayer”ə keçmişdi.

Palasios 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin heyətində dünya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti