"Mənim həmişə onlardan xoşum gəlirdi" - Camalın ən çox bəyəndiyi futbolçular

28 Sentyabr 2023 00:10 Almaniya 423
"Mənim həmişə onlardan xoşum gəlirdi" - Camalın ən çox bəyəndiyi futbolçular

“Bayern”in yarımmüdafiəçisi Camal Musiala uşaqlıqda bəyəndiyi futbolçular haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı almaniyalı futbolçu, “İnter Mayami”nin hücumçusu Lionel Messi və “Əl-Hilal”ın üzvü Neymarı xüsusi qeyd edib:

“Onlar həmişə meydanda böyük sevinc gətirirdilər. Onların topla driblinq etmə tərzi, əyləncə amili…

Mənim həmişə onlardan xoşum gəlirdi. Həmçinin, Kevin de Bruynenin oyununa baxanda və ya Leroy

Sane ilə danışanda hər zaman bir şey öyrənirəm. Mən də öz oyunumla azarkeşləri əyləndirmək istəyirəm”.

Musiala bu mövsüm 4 oyun keçirib və bir məhsuldar ötürmə edib. Onun Münhen klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!