“Onlar başa düşmürlər ki, siz irəli getmisiz”

26 Sentyabr 2023 18:40 Almaniya 421
“Onlar başa düşmürlər ki, siz irəli getmisiz”

“Bayern”in keçmiş baş direktoru Oliver Kan hesab edir ki, Almaniya klubundan getməsi onun əvvəlki peşəkar karyerası ilə bağlıdır.

Sportinfo.az xəbər verir ki, keçmiş qapıçı, insanların onu hələ də futbolçu kimi yadda saxladıqlarını deyib:

“İnsanların beynində qapıçı kimi yerləşdikdən sonra o vaxt etdiyinizdən fərqli bir şey etmək çətindir.

Onlar başa düşmürlər ki, siz irəli getmisiz. Onların qapıçı Kana ehtiyacı var”.

Oliver Kan 14 il ərzində “Bayern”də 632 oyun keçirib. O, 2021-2023-cü illərdə Münhen klubunun baş direktoru olub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!