
“Bayern”in hücumçusu Harri Keyn komandadakı çıxışını qiymətləndirib.
Sportinfo.az xəbər verir ki, ingiltərəli futbolçu indiyə qədər vurduğu qollara görə şad olduğunu bildirib:
“Bu, mənim üçün yaxşı başlanğıcdır. Böyük transferdən sonra ilk bir neçə oyunda bir az daha çox təzyiq və gözlənti var.
Düşünürəm ki, daha yaxşı oynaya bilərəm. Bu, komanda yoldaşlarımı, oyun sistemini və necə daha yaxşı oynadığımızı bilsəm, baş verəcək.
Oyun taktikamda hələ də təkmilləşdirilməli çox şey var”.
Keyn yay transfer pəncərəsində “Tottenhem”dən “Bayern”ə keçib. Onun transfer məbləği 100 milyon avro təşkil edib.