COP29

“Çoxlu planları var və onları bu komandada həyata keçirməyin yollarını tapacaq”

25 Sentyabr 2023 21:40 Almaniya 326
“Çoxlu planları var və onları bu komandada həyata keçirməyin yollarını tapacaq”

“Bayern”in hücumçusu Tomas Müller klubun sabiq çalışdırıcısı Yulian Naqelsmanın Almaniya millisinə baş məşqçi təyin olunması haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, Naqelsmannın Almaniya yığmasında çoxlu planlar həyata keçirəcəyinə inandığını deyib:

“Onun çox enerjisi var və bu işi əldə etdiyi üçün çox xoşbəxtdir.

Naqelsmannın çoxlu planları var və inanıram ki, o, bu komandada onları həyata keçirməyin yollarını tapacaq.

İndi əsas odur ki, hamı bir-birini tanısın. Şəxsən mənim üçün heç nə dəyişməyib.

Milli komandaya çağırılmağa hazıram. Başqa hər şey haqda Naqelsmanndan soruşmalısız”.

36 yaşlı mütəxəssisin sonuncu iş yeri “Bayern” klubu olub.

Digər Xəbərlər
Xəbər Lenti