COP29

"O, necə də ağıllıdır!”

24 Sentyabr 2023 00:10 Almaniya 510
"O, necə də ağıllıdır!”

“Bayern”in hücumçusu Harri Keyn Münhen klubunun onu ən çox heyran edən futbolçularından söz açıb.

Sportinfo.az xəbər verir ki, ingiltərəli forvard bəyəndiyi iki əsas futbolçunun adını çəkib:

“Camal Musiala fantastikdir. Mən onun nə qədər yaxşı olması haqqında çox danışmışam. Onun məşqdə necə hərəkət etdiyini və hücumda necə oynadığını izləmək çox gözəldir.

Tomas Müller necə də ağıllıdır! Kənardakı insanlar bəzən intellektinə görə komandanın digər üzvlərindən bir addım öndə olan bu tip oyunçuları qiymətləndirmirlər”.

Keyn yay transfer pəncərəsində 100 milyon avroya “Tottenhem”dən “Bayern”ə keçib. İngilis futbolçu 2022/23 mövsümündə Bundesliqada dörd qol vurub və bir məhsuldar ötürmə edib.

Onun Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti