
“Aston Villa”nın keçmiş hücumçusu Ənvər Əl Qazi “Maynts”la müqavilə imzalayıb.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı niderlandlı futbolçu ilə müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
O, komandaya azad agent kimi qoşulub.
Əl Qazi ötən mövsüm PSV-nin heyətində 32 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.