
“Bayern”in sabiq baş məşqçisi Yulian Naqelsmann Almaniya millisinə rəhbərlik etməyə yaxındır.
Sportinfo.az xəbər verir ki, Almaniya Futbol Federasiyası Naqelsmannla şifahi razılığa gəlib.
Məlumatda bildirilir ki, 36 yaşlı mütəxəssisin millidəki maaşı ötən ilin martında tərk etdiyi “Bayern”də aldığı məvacibdən qat-qat az olacaq.