COP29

Mövsümün sonunda karyerasını bitirəcək - Tanınmış müdafiəçi

19 Sentyabr 2023 01:30 Almaniya 408
Mövsümün sonunda karyerasını bitirəcək - Tanınmış müdafiəçi

Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels mövsümün sonunda karyerasını bitirməyi düşünür.

Sportinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

34 yaşlı almaniyalı futbolçunun “Borussiya” ilə müqaviləsi gələn ilin yayında başa çatır. Onun müqaviləsi bitdikdən sonra karyerasını bitirəcəyi bildirilir.

Hummels 2019-cu ildən “Borussiya”da çıxış edir. O, daha əvvəl 2008-2016-cı illərdə də Dortmund klubunda çıxış edib. Bundan əlavə, futbolçu “Bayern”də də oynayıb.

Hummels bu mövsüm 4 oyun keçirib və 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti