.jpg)
“Borussiya Dortmund” Almaniya Bundesliqasının IV turunu qələbə ilə başa vurub.
Sportinfo.azz xəbər verir ki, komanda səfərdə “Frayburq”dan güclü olub - 2:4.
Qonaqlara qələbə qazandıran qolları dubl edən Mats Hummels və hərəyə bir dəfə fərqlənən Donyel Malenlə Marko Roys vurublar. Meydan sahiblərinin heyətində Lukas Holer və Nikolas Hofler fərqləniblər.
“Borussiya Dortmund” səkkiz xalla yeddinci, “Frayburq” altı xalla doqquzuncudur.