“Heç kim ölmədi, amma bir nəfər işini itirdi” - QALMAQAL DAVAM EDİR

7 Fevral 2023 18:20 Almaniya 662
“Heç kim ölmədi, amma bir nəfər işini itirdi” - QALMAQAL DAVAM EDİR

Almaniyalı sabiq futbolçu Lotar Matteus “Bayern”in qapıçısı Manuel Noyerin qalmaqallı müsahibəsi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, Münhen klubunun qapıçılar üzrə məşqçisi Toni Tapaloviçin istefasından söz açıb:

“Əlbəttə, qırıq qabı bir-birinə yapışdırmaq çətin işdir. Noyerin sözləri sərt idi. Heç kim ölmədi, amma bir nəfər işini itirdi.

Tapaloviçin istefası heç də təəccüblü deyil. Bu, bir müddətdir ki, müzakirə olunurdu”.

Matteus Noyerin xizək sürən zaman zədələnməsini də şərh edib:

“Xizək sürmək təhlükəlidir. Zədələndikdən sonra Noyer komandada bütün işlərindən azad olundu və istədiyi hər şeyi etməyə başladı.

Söhbət bir oyunçudan yox, klubdan gedir. Noyer məsuliyyətini dərk etməlidir”.

Noyer “Bayern”in qapıçılar üzrə məşqçisi Toni Tapaloviçin qovulması barədə sərt fikirlər səsləndirib. Nəticədə, Bundesliqa klubunun idarə heyəti bunu xoş qarşılamayıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu