"Qurban Qurbanov böyük məşqçidir, “Qarabağ”ı izləmək çox xoşdur"

3 Noyabr 2022 03:10 Almaniya 1 093
"Qurban Qurbanov böyük məşqçidir, “Qarabağ”ı izləmək çox xoşdur"

Sportinfo.az xəbər verir ki, "Frayburq"un baş məşqçisi Kristian Ştrayx "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu haqda sualları cavablandırıb.

- “Qarabağ”la oyun üçün heyəti müəyyənləşdirmisiniz?
-
Xeyr, hələ əsas heyətlə bağlı qərarımı verməmişəm. Əvvəlcədən nəsə demək istəmirəm. Oyuna yaxın qərar verəcəyik. Hazır olanların hamısı bizimlə Bakıya yollanacaq.

- Heyətdə rotasiya olacaq?
- Komandada 27 futbolçuya sahibik və hər kəsin də sabah oynamaq üçün şansı var. Sabah kimin meydana çıxacağı yox, necə oynayacağı önəmlidir. “Qarabağ”la matçda komandanın birliyi lazım olacaq. Sabah mənə lazım olanlar meydana çıxacaq. Qələbə üçün 100 faizimi verəcəyik və yalnız bundan sonra “Köln”lə oyunu düşünəcəyik.

- “Qarabağ” haqda nə deyə bilərsiniz?
-
Çox yaxşı komanda. Qurban Qurbanov 2008-ci ildən orada çalışır. O, böyük məşqçidir. “Qarabağ” güclü hücum xəttinə malikdi. Maraqlı komanda. Onların matçlarını izləmək çox xoşdur. Biz bunu ilk oyunda gördük. Nə yaxşı ki, evdə onlara qalib gələ bildik (2:1). Bu çox vacib idi.

- Azərbaycanda siyasi vəziyyətin necə olduğunu bilirsiniz?
-
Mən təfərrüatlara girmirəm. Bilirəm ki, Azərbaycanla Ermənistan müharibə şəraitindədi. Amma biz Qarabağda yox, Bakıda oynayırıq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı