"Bavariya" Levandovskini ən azı 50 milyon avroya satmaq istəyir

16 İyun 2022 00:10 Almaniya 601
"Bavariya" Levandovskini ən azı 50 milyon avroya satmaq istəyir

"Bavariya" Robert Levandovskiyə qiymət qoyub.

Sportinfo.az xəbər verir ki, Münhem təmsilçisi polşalı hücumçunu ən azı 50 milyon avroya satmaq istəyir.

Onun satışından əldə olunan gəlir "Liverpul"un oyunçusu Sadio Manenin transferinə xərclənəcək.

Daha əvvəl "Barselona" Levandovski üçün 32 milyon avro təklif etsə də, rədd cavabı almışdı.

Polşalı oyunçu ötən mövsüm Bundesliqada 34 matçda 35 qol vurub və 3 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO
29 Dekabr 07:10 Yollar buz bağlayacaq