II Bundesliqanın qapısını “bərk çırpdı” – Yığmamızın oyunçusu

16 May 2022 23:20 Almaniya 839
II Bundesliqanın qapısını “bərk çırpdı” – Yığmamızın oyunçusu

Almaniya 2-ci Bundesliqasında 2021/22 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” mövsümün sonuncu matçında - 34-cü turda səfərdə Drezden “Dinamo”su ilə qarşılaşıb 1:0 hesabı ilə qalib gəlib.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

34 oyuna 26 xal toplamış “Ersgebirge” mövsümü 18 kollektiv arasında 17-ci pillədə tamamlayıb və komanda aşağı liqaya yuvarlanıb.

Nazarov geridə qalan mövsümdə meydana çıxdığı 30 oyunda 4 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?