"Görüşdük, təklifi qəbul etmədiyini, klubdan ayrılmaq istədiyini söylədi"

15 May 2022 01:40 Almaniya 490
"Görüşdük, təklifi qəbul etmədiyini, klubdan ayrılmaq istədiyini söylədi"

"Bavariya"nın hücumçusu Robert Levandovski Münhen klubundan ayrılmayacağını rəhbərliyə söyləyib.

Sportinfo.az xəbər verir ki, "Bavariya"nın idman direktoru Hasan Salihamidzic "Sky" telekanalına açıqlamasında bu cür danışıb:

"Levandovski ilə görüşdük. Görüş zamanı müqavilənin uzadılması təklifini qəbul etmədiyini, klubdan ayrılmaq istədiyini söylədi. Onun bu mövsümün sonunda başqa kluba getməsi məsələsi ilə maraqlanmırıq".

33 yaşlı polşalı oyunçunun Münhen təmsilçisi ilə müqaviləsi 2022/2023 mövsümünün sonu başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti