Almaniyanın məşhur klubu yığmamızın legionerini bu hadisəyə sevinməyə qoymadı - VİDEO

11 May 2022 02:20 Almaniya 674
Almaniyanın məşhur klubu yığmamızın legionerini bu hadisəyə sevinməyə qoymadı - VİDEO

Almaniya 2-ci Bundesliqasında 33-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” doğma meydanda “Verder”lə qarşılaşıb.

Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib. Bu görüş Nazarov üçün yubleylə əlamətdar olub. O, 2-ci Bundesliqada 250-ci oyununu keçirib.

33 oyuna 23 xal toplamış “Ersgebirge” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Aue təmsilçisinin 2-ci Bundesliqanı tərk edəcəyi ötən turdan dəqiqləşib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu