Azərbaycanlı hücumçu qələbə qolunu vurdu - VİDEO

11 May 2022 02:10 Almaniya 738
Azərbaycanlı hücumçu qələbə qolunu vurdu - VİDEO

Almaniyanın Qərb Regional Liqasında 37-ci turun bəzi oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun da çıxış etdiyi “Şalke-2” səfərdə "Uerdinqen"lə qarşılaşıb və 4:3 hesabı ilə qalib gəlib.

Dadaşov 74-cü dəqiqədə meydana daxil olub. O, 80-ci dəqiqədə komandasının sonuncu - qələbə qolunu vurub. Bu, onun 2021/2022 mövsümündə "Şalke-2"də 10-cu qolu olub.

"Şalke-2" hazırda 44 xalla 20 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"