Kərim MY-yə “yox” dedi – “Borussiya”ya gedir 

10 May 2022 22:00 Almaniya 485
Kərim MY-yə “yox” dedi – “Borussiya”ya gedir 

“Zalsburq”un hücumçusu Kərim Adeyemi “Mançester Yunayted”in təklifini qəbul etməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı futbolçunun agenti Tomos Soloman verib.

O, müştərisinin Dortmund “Borussiya”sına keçmək istədiyini bildirib.

Məlumatla görə, tərəflər arasında danışıqlar son mərhələdədir və yaxın günlərdə müqavilə imzalana bilər:

“Borussiya” ilə anlaşmağa yaxınıq. Onunla bağlanacaq 5 illik müqavilədə satınalma bəndi olmayacaq.

Bəli, “Mançester Yunayted” Kərim Adeyemi transfer etmək üçün cəhd göstərdi, amma müştərim “Borussiya”ya üstünlük verdi”.

20 yaşlı Kərim bu mövsüm "Zalsburq"un heyətində bütün yarışlarda 41 oyuna çıxıb. O, 23 qol vurub, 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"