"Hər bir səhvin cəzası var" – Yığmamızın üzvü məyusluğunu gizlətmir

9 May 2022 02:30 Almaniya 853
"Hər bir səhvin cəzası var" – Yığmamızın üzvü məyusluğunu gizlətmir

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" Almaniya II Bundesliqasını tərk edəcək.

Sportinfo.az xəbər verir ki, 32-ci turda "Darmştadt"a 0:6 hesabı ilə məğlub olduqdan sonra komandanın III Bundesliqaya düşəcəyi dəqiqləşib.

Nazarov məyus olduqlarını bildirib:

"Hətta Regional Liqada belə səhvlər cəzalandırılır. Hamıdan üzr istəyirik. Hər bir səhvin cəzası var. Biz II Bundesliqada qalmaq üçün çox çalışdıq, ancaq alınmadı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti