"Real"ın hücumçusunu transfer edəcək - "Bavariya"

1 May 2022 22:00 Almaniya 486
"Real"ın hücumçusunu transfer edəcək -

"Bavariya" rəhbərliyi Robert Levandovskinin komandanı tərk edəcəyi təqdirdə hansı forvardla anlaşacağına qərar verib.

Sportinfo.az xəbər verir ki, Münhen klubu "Real"ın hücumçusu Luka Yoviçi transfer edəcək.

"Kral klubu"nda əsas heyətə düşə bilməyən Serbiya millisinin üzvü özü də Almaniya nəhənginə keçməyin əlehinə deyil. Tərəflər arasında danışıqların başladığı iddia edilir.

24 yaşlı hücumçu "Srvena Zvezda", "Benfika", "Ayntraxt"(Frankfurt) klublarında oynayıb. Onun "Real”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti