“Barselona” 40-50 milyon avro təklif etsə belə, Levandovskini satmayacağıq"

26 Aprel 2022 12:20 Almaniya 648
“Barselona” 40-50 milyon avro təklif etsə belə, Levandovskini satmayacağıq"

“Bavariya”nın idman direktoru Həsən Salihamiciç komandanın hücumçusu Robert Levandovskinin gələcəyi haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi polşalı futbolçunu “Barselona”ya satmayacaqlarını bildirib:

“Barselona” 40-50 milyon avro təklif etsə belə, Levandovskini satmayacağıq. Bu o deməkdir ki, o, növbəti mövsümdə də “Bayern”də qalacaq. Onun bizimlə 2023-cü ilə qədər müqaviləsi var”.

“Barselona”nın Levandovski ilə yaxından maraqlandığı bildirilir. “Transfermarkt”da 33 yaşlı futbolçunun dəyəri 50 milyon avro göstərilir.

Levandovski cari mövsümdə 31 matçda 33 qol vurub və 3 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti