Yığmamızın legioneri II Bundesliqada qol vurdu, 1 xal qazandı

24 Aprel 2022 21:20 Almaniya 385
Yığmamızın legioneri II Bundesliqada qol vurdu, 1 xal qazandı

Almaniya II Bundesliqasında XXXI turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Erzgebirge" doğma meydanda "Hanza"nı qəbul edib.

Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. Dmitri Nazarov da bu görüşün iştirakçısı olub.

31 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib. O, 45-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.

31 turdan sonra 23 xal toplayan "Erzgebirge" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti