"Özümüzlə fəxr edirik, heç kim turnir cədvəlinə baxmasın - Simamımızı qorumağa çalışırıq"

19 Aprel 2022 00:40 Almaniya 2 252
"Özümüzlə fəxr edirik, heç kim turnir cədvəlinə baxmasın - Simamımızı qorumağa çalışırıq"

"Qalan oyunlara da bu cür yanaşsaq, liqada qalmaq şansımız arta bilər".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin və "Ertsgebirge"nin futbolçusu Dmitri Nazarov səfərdə "Haydenhaym"a 2:0 hesabı ilə qalib gəldikləri II Bundesliqanın XXX tur matçından sonra deyib.

32 yaşlı hücumçu bildirib ki, cəsarətli oyun komandasına vacib xallar qazandırıb:

"Bu amil bizi fərqləndirdi. Özümüzlə fəxr edirik. Heç kim turnir cədvəlinə baxmasın, biz qalib gəlməyə çalışırıq".

Təcrübəli forvardın sözlərinə görə, aşağı sıralarda qərarlaşmalarına baxmayaraq hələ də təzyiq altında çıxış edirlər:

"Çoxları düşünə bilər ki, biz sərbəst oynayırıq. Amma belə deyil. Öz simamımızı qorumağa çalışırıq.

Mənim üçün ən həlledici məqam budur. Bu qələbə bizim üçün çox yaxşı oldu".

"Ertsgebirge" hazırda 22 xalla 18 komanda arasında 17-ci sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti