"Güzgüyə baxmalı və deməliyik: Biz aşağı liqaya düşməyə layiqik”

17 Aprel 2022 02:40 Almaniya 583
"Güzgüyə baxmalı və deməliyik: Biz aşağı liqaya düşməyə layiqik”

“Ersgebirge”də çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov “Hannover”ə 1:3 hesabı ilə uduzduqları 2-ci Bundesliqanın 19-cu tur oyunundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu azarkeşlərin etimadını doğrulda bilmədiklərini söyləyib:

“Hər zaman bizə inanan fanatlara görə məyusam. Bu, çox ağırdır. Bu mövsüm evdə çox xal qazana bilmədik.

Ona görə hamımız güzgüyə baxmalı və deməliyik: Biz aşağı liqaya düşməyə layiqik”.

​“Ersgebirge” 29 oyundan sonra 19 xalla sonuncu 18-ci pillədə qərarlaşıb.

Komanda sona 5 tur qalmış 16-cı sıradakı “Zandhauzen”dən 15 xal, hazırda 16-cı olan və pley-offda iştiraka ən real namizəd olan “Dinamo” (Drezdən) klubundan 9 xal geridədir.

Digər Xəbərlər
Xəbər Lenti