Rüfət Dadaşovsuz “Şalke” doğma meydanda uduzdu

12 Aprel 2022 01:30 Almaniya 631
Rüfət Dadaşovsuz “Şalke” doğma meydanda uduzdu

Almaniyanın Qərb Regional Liqasında 33-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Proyssen Münster”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə ayrılıb – 0:2.

Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Şalke 2” bu nəticədən sonra 35 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!