"Hamımız güzgüyə baxıb deməliyik ki, aşağı liqaya düşməyə layiqik"

12 Aprel 2022 00:40 Almaniya 454
"Hamımız güzgüyə baxıb deməliyik ki, aşağı liqaya düşməyə layiqik"

"Erzgebirge"də çıxış edən millimizin üzvü Dmitri Nazarov Almaniya 2-ci Bundesliqasının 19-cu turunda "Hannover"ə 1:3 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, məğlubiyyətin ağır olduğunu deyib:

"Həmişə bizə güvənən azarkeşlərə görə məyusam. Bu, çox ağırdır. Bizim üçün həlledici oyunlardan idi, ancaq məğlub olduq.

Ev oyunlarında çox xal qazana bilmədik. Ona görə də hamımız güzgüyə baxıb deməliyik ki, aşağı liqaya düşməyə layiqik".

"Erzgebirge" hazırda 19 xalla 18 komanda arasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti