"Onları sındırmaq olar, bunun üçün kiçik sürpriz hazırlamışıq"

5 Aprel 2022 00:30 Almaniya 623
"Onları sındırmaq olar, bunun üçün kiçik sürpriz hazırlamışıq"

"Rəqibi sındırmaq olar, bunun üçün onlara kiçik sürpriz hazırlamışıq".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin və "Ertsgebirge"nin futbolçusu Dmitri Nazarov səfərdə "Hamburq"a qarşı keçirəcəkləri II Bundesliqanın 26-cı turundan təxirə salınmış oyun barədə danışarkən deyib.

32 yaşlı yarımmüdafiəçi bildirib ki, 3 xal qazanmaq üçün əllərindən gələnin edəcəklər:

"Bu, bizim II liqada qalmağımız üçün bəlkə də son şansdır. "Hamburq"un zəif yerlərini bilirik. Çox aqressiv oynayırlar. Bundan istifadə etməliyik".

Aprelin 5-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

"Ertsgebirge" 27 oyundan sonra 19 xalla 18 komanda arasında 18-ci pillədədir. 42 xalı olan "Hamburq" isə 7-ci sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti