“Bavariya” meydana 12 futbolçu ilə çıxıb, üç xal qazandı - VİDEO

3 Aprel 2022 01:40 Almaniya 657
“Bavariya” meydana 12 futbolçu ilə çıxıb, üç xal qazandı - VİDEO

Almaniya Bundesliqasının 28-ci turunda “Bavariya” səfərdə “Frayburq”u darmadağın edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb.

58-ci dəqiqədə qonaqların heyətində L.Qoretzka hesabı açıb. 63-cü dəqiqədə ev sahibləri N.Petersenin qolu ilə hesabda tarazlığı bərpa ediblər.

73-cü dəqqidə isə “Bavariya” yenidən S.Qnabrinin qolu ilə önə keçə bilib. Qarşılaşmanın 82-ci dəqiqəsində K.Koman fərqi iki, oyuna əlavə edilmiş altıncı dəqiqədə isə M.Sabitzer üç topa çatdırıb.

Qarşılaşmanın 84 və 85-ci dəqiqələrində “Bavariya”nın baş məşqçisi Yulian Naqelsman iki oyunçu dəyişikliyi edib: “Marsel Sabitzer Kinqsli Komanın, Niklas Zyule isə Koranten Tolissonu əvəzləyib.

Ancaq bu zaman K.Koman meydanı tərk etməyib. Nəticədə “Bavariya” 12 nəfərlə meydanda olub. Qarşılaşmanın baş hakimi bu qayda pozuntusunun dərhal fərqinə varmayıb.

“Bavariya” təxminən 15 saniyə 12 nəfərlə çıxış edib. Daha sonra oyun dayandırılıb. Hakimlər briqadası vəziyyəti uzun müddət müzakiə etdikdən sonra oyunu davam etdiriblər.

1:4 hesablı qələbə ilə Bundesliqanın lideri xallarının sayını 66-ya çatdırıb. “Franburq” isə 45 xalla beşinci pillədə qalaraq Çempionlar Liqasına vəsiqə verən dördüncü pilləyə yüksəlmək şansını əldən verib.

Digər Xəbərlər
Xəbər Lenti