“Mən hücumçuyam və həmişə qol vurmaq istəyirəm, burada işlər istədiyim kimi getmir"

28 Mart 2022 10:20 Almaniya 443
“Mən hücumçuyam və həmişə qol vurmaq istəyirəm, burada işlər istədiyim kimi getmir"

“Çelsi”nin hücumçusu Timo Verner etiraf edib ki, Almaniya millisində özünü London klubunda olduğundan daha rahat hiss edir.

Sportinfo.az xəbər verir ki, almaniyali milli komandada özünü daha rahat hiss etdiyini deyib:

“Mən hücumçuyam və həmişə qol vurmaq istəyirəm. “Çelsi”də işlər istədiyim kimi getmir. Oynadığım yerdə futboldan zövq almaq istəyirəm.

“Çelsi”nin və Almaniya millisinin oyun tərzində fərqlər var. Ola bilsin ki, millinin oyun tərzi mənə daha çox uyğundur.

Milli komandada həmişə qol şanslarım olur, qol vura bilirəm. Burda özümü çox rahat hiss edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti