Yığmamızın futbolçusundan pul qazana bilməyəcək – MÜQAVİLƏDƏ XÜSUSİ BƏND

26 Mart 2022 20:20 Almaniya 741
Yığmamızın futbolçusundan pul qazana bilməyəcək – MÜQAVİLƏDƏ XÜSUSİ BƏND

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov klubu “Aue”dən ayrılmağa hazırlaşır.

Sportinfo.az-ın Almaniya mətbuatına istinadən məlumatına görə, 31 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti gələn ilin yayına qədər olsa da, mövsümün sonunda azad agent statusu alacaq.

Təbii ki, bu, “Aue”nin Bundesliqa II-ni tərk etməsi təqdirində baş verəcək. Əgər komanda Bundesliqa III-ə yuvarlanarsa, Nazarov da daxil olmaqla bir neçə futbolçu transfer vərəqəsini klubdan havayı ala biləcək.

Çünki onların müqaviləsində “aşağı liqaya düşərsə, azad agent olacaq” bəndi var.

Millimizin üzvünün yayda Azərbaycana köçməsi istisna deyil. Çünki Premyer Liqanın bir neçə klubu onun xidmətində maraqlıdır.

“Aue” 27 turdan sonra 19 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"