Yığmamızın futbolçusu ilə yolları ayırırlar – Aşağı düşürük, imkan yoxdur

23 Mart 2022 13:20 Almaniya 788
Yığmamızın futbolçusu ilə yolları ayırırlar – Aşağı düşürük, imkan yoxdur

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov "Ertsgebirge"dən ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Aue təmsilçisinin prezidenti Helge Leonhardt açıqlama verib.

II Bundesliqada çıxış edən komanda 26 oyundan sonra 19 xalla 17-ci pillədə qərarlaşıb və aşağı dəstəyə düşməyə əsas namizədlərdən biridir.

Bunu nəzərə alan klub rəhbərliyi heyətlə bağlı dəyişikliklərə hazırlaşır.

Leonhardtın sözlərinə görə, Nazarovla yanaşı, Klemens Fandrix, Syoren Qonter və Yan Hoxşaydtın da məsələləri açıq olaraq qalır:

"Hər şeyi çox diqqətlə və kollektiv şəkildə dəyərləndirməliyik. Bura idman nəticələrinin qiymətləndirilməsi ilə yanaşı, ödəniş imkanı da daxildir".

Dmitri Nazarov 3 illik fasilədən sonra Azərbaycan millisinə dəvət alıb.

Digər Xəbərlər
Xəbər Lenti