Hakimin başını stəkanla yardılar, oyun yarımçıq qaldı - VİDEO+FOTOLAR

19 Mart 2022 11:00 Almaniya 641
Hakimin başını stəkanla yardılar, oyun yarımçıq qaldı - VİDEO+FOTOLAR

Almaniya Bundesliqasının 27-ci turunun “Bohum” - “Borussiya” (Münhenqladbax) oyunu yarımçıq dayandırlıb.

Sportinfo.az xəbər verir ki, 71-ci dəqiqədə, hesab 2:0 qonaqların xeyrinə olarkən baş hakim Benyamin Kortus oyunu saxlayıb.

Buna tribunadan yan xətt hakiminin üzərinə stəkanın atılması və onun başına dəyməsi səbəb olub.

Hadisədən sonra hakimlər və futbolçular meydanı tərk ediblər. Bir qədər sonra qaşılaşmanın bərpa olunmayacağı elan edilib.

“Bohum”un idman direktoru Sebastyan Şindzelorts baş verənləri biabırçılıq adlandırıb. O, yan xətt hakiminin xəsarət aldığını deyərək ona şəfa diləyib.

Oyun dayandırılarkən qonaqlar hesabda 2:0 öndə olub. "Bohum" klubu sosial şəbəkə hesablarında azarkeşlərin bu cür davranışından məyus olduğunu bildirib:

"71-ci dəqiqədə məsuliyyətsiz bir azarkeşin günahı ucbatından oyun yarımçıq qaldı. Azarkeş meydançaya doğru nəsə atıb köməkçi hakimi vurdu. Matç dayandırıldı. İnanılmaz məsuliyyətsiz bir davranışdır. Stadionlarda bu cür davranışlara yer yoxdur".

"Bohum"da 2020-ci ildən sonra ilk dəfə stadionun tam tutumuna, yəni 25 minə icazə verilib.



Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!