Dünya futbolunda nadir hadisə: Bu qadın klub prezidenti seçildi

18 Mart 2022 22:00 Almaniya 676
Dünya futbolunda nadir hadisə: Bu qadın klub prezidenti seçildi

Almaniyanın üçüncü divizionunda çıxış edən Braunşveyq "Ayntraxt"ında prezident seçkiləri olub.

Sportinfo.az xəbər verir ki, klubun yeni prezidenti Nikol Kumpis olub.

Kumpis səsvermədə Aksel Ditzingerə qalib gəlib. Xanıma 472 nəfər səs verib, onun rəqibi isə 411 səs toplayıb.

Maraqlıdır ki, Kumpis “Ayntraxt”ın 126 illik tarixində ilk qadın prezident olub. Bundan əlavə, o, son 30 ildə Almaniyada peşəkar futbol klubunun prezidenti vəzifəsini tutan ilk qadındır.

Alman futbolunda son qadın prezident 1988-1992-ci illərdə “Münhen-1860”a rəhbərlik etmiş Lizelotta Kneht olub.

Digər Xəbərlər
Xəbər Lenti