"Qarabağ"la anlaşdığı deyilirdi, sorağı okeanın o tayından gəldi

17 Mart 2022 09:40 Almaniya 869
"Qarabağ"la anlaşdığı deyilirdi, sorağı okeanın o tayından gəldi

Roman Bürki mövsümün sonunda "Borussiya"nı tərk edəcək.

Sportinfo.az xəbər verir ki, isveçrəli qapıçı karyerasını ABŞ-da davam etdirəcək.

32 yaşlı "əlcək sahibi" yeni mövsümdən etibarən MLS-də mübarizə aparacaq "St. Luis Siti" ilə razılıq əldə edib. Bu barədə "Borussiya"nın rəsmi saytı məlumat yayıb.

Qış transfer pəncərəsi zamanı təcrübəli qapıçının adı "Qarabağ"la hallanırdı.

Roman Bürki 2015-ci ildən "Borussiya"da çıxış edir. İsveçrə millisinin üzvü Dortmund təmsilçisinin heyətində 175 matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"