19 yaşlı istedad Premyer Liqa klubunun hədəfində

11 Mart 2022 10:00 Almaniya 935
19 yaşlı istedad Premyer Liqa klubunun hədəfində

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cud Bellingem karyerasını Premyer Liqada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, Cud “Liverpul”un maraq dairəsindədir.

Bu barədə məlumatı “The Sun” yayıb. İddia olunur ki, “Liverpul”un baş məşqçisi Yurgen Klopp 19 yaşlı Bellingemi komandasında görmək istəyir.

O, klub rəhbərliyinə bildirib ki, yarımmüdafiəçinin keçidini həll etsinlər.

Bellinqem bu mövsüm Bundesliqada 22 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçi Almaniya klubuna 2020-ci ilin yayında “Birmingem”dən 23 milyon avroya keçib və hazırda onun qiyməti 70 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti