Dortmund “Borussiya”sini hücumçusu Erlinq Hollanda Avropanın nəhəng klubları maraq göstərir.
Sportinfo.az xəbər verir ki, norveçli artıq karyerası ilə bağlı qəti qərar qəbul edib.
O, İspaniya çempionatında oynamaq niyyətindədir. Bu barədə məlumatı “Sport.es” yayıb.
O da iddia olunur ki, Holland ancaq “Barsa”ya keçməyi hədəfləyib. Baxmayaraq ki, onunla “Real”da ciddi maraqlanır.
21 yaşlı hücumçunun “Borussiya” ilə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

