Azərbaycanlı hücumçunun klubu baş məşqçisi ilə yolları ayırdı

7 Mart 2022 01:40 Almaniya 920
Azərbaycanlı hücumçunun klubu baş məşqçisi ilə yolları ayırdı

"Şalke" baş məşqçisi Dimitrios Qrammozislə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 44 yaşlı yunanıstanlı mütəxəssislə birlikdə onun köməkçiləri Sven Pipenbrok və Uil Kurt da istefaya göndərilib.

Klubun idman direktoru Ruven Şreder bildirib ki, Bundesliqaya çıxmaq şansları davam etdiyindən məşqçilər heyətində yeni nəfəsə ehtiyac var.

Qrammozisin Gelzenkirhen təmsilçisi ilə bu ilin yayınadək müqaviləsi var idi.

"Şalke" 25 turdan sonra 41 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komandanı lider "Darmştadt"dan cəmi 6 xal ayırır.

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov "Şalke"nin U-23 komandasında çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti