Azərbaycanlı hücumçudan kiçik təsəlli – 90+2-ci dəqiqədə

6 Mart 2022 22:40 Almaniya 960
Azərbaycanlı hücumçudan kiçik təsəlli – 90+2-ci dəqiqədə

Almaniyanın Qərb Regional Liqasında 28-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, millimizin forvardı Rüfət Dadaşovun çıxış etdiyi "Şalke-2" "Ştralen"in qonağı olub.

Dadaşovun komandası 1:2 hesabı ilə uduzub. Start heyətində meydana çıxan Rüfət sona qədər meydanda olub.

Komandasının yeganə qolunu da azərbaycanlı futbolçu vurub. Dadaşov 90+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

​“Şalke 2” bu nəticədən sonra 31 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti