"Şalke" sponsoru - Rusiyanın "Qazprom" transmilli enerji şirkəti ilə müqaviləni vaxtından əvvəl dayandırdığını elan edib.
Sportinfo.az xəbər verir ki, bu barədə bəyanat Almaniya klubunun saytında yayılıb:
“Şalke 04” klubunun İdarə Heyəti “Qazprom”la əməkdaşlığı vaxtından əvvəl dayandırmaq qərarına gəlib.
İdarə Heyəti və Müşahidə Şurası hazırkı baş sponsorun nümayəndələri ilə danışıqlar aparır və yaxın vaxtlarda əlavə məlumat veriləcək”.
“Qazprom” 2007-ci ildən Almaniya klubunun sponsorudur. “Qazprom”un loqosu idman formasının ön tərəfində idi.

