UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel"də baş məşqçi Xorxe Sampaoli və futbolçular arasında problem yaranıb.
Sportinfo.az xəbər verir ki, oyunçular argentinalı mütəxəssisin tapşırıqlarını meydanda dəqiq yerinə yetirə bilmirlər.
İddiaya görə, bu, futbolçuların Sampaolini ciddiyə almamaları və məşqlərdə onu diqqətlə dinləməmələrindən qaynaqlanır.
Marsel təmsilçisinin ölkə kubokunun 1/4 final mərhələsində səfərdə "Nitsa"ya 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmasından sonra komanda daxilində ab-havanın yaxşı olmadığı və gərginliyin artdığı bildirilib.
"Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.

