"Marsel"dən “şıdırığı “alver” - "Qarabağ"a görə

10 Fevral 2022 19:20 Almaniya 1 754
"Marsel"dən “şıdırığı “alver” -  "Qarabağ"a görə

"Qarabağ"ın Fransada "Marsel"ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda anşlaq olacaq.

Sportinfo.az xəbər verir ki, qarşılaşma üçün nəzərdə tutulan biletlərin əksəriyyəti satılıb.

15 avroya satışa çıxarılmış 5-ci kateqoriya biletləri tükənib. Satışda yalnız 20 avro, 25 avro, 29 avro və 39 avroya olan biletlər qalıb.

Fevralın 17-də oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Bakıda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti