“Mənim üçün müqəddəs heç nə yoxdur, bunu müzakirə edəcəyik”

10 Fevral 2022 18:20 Almaniya 622
“Mənim üçün müqəddəs heç nə yoxdur, bunu müzakirə edəcəyik”

Bundesliqada çempionu müəyyən etmək üçün yeni sistemin tətbiqi ilə bağlı müzakirələr başlayıb.

Sportinfo.az xəbər verir ki, ideyanı Almaniya Futbol Federasiyasının yeni rəhbəri Donat Hopfen irəli sürüb.

O, çempionun pley-off qarşılaşmalarından sonra bəlli olmasının tərəfdarıdır:

“Əlbəttə, Bundesliqada çempionluq uğrunda daha çox rəqabət olsaydı, bu, cəlbedici olardı. Mənim üçün müqəddəs heç nə yoxdur.

Əgər pley-off sistemi bizə kömək etsə, o zaman bunu müzakirə edəcəyik”.

Onun bu ideyasına “Bavariya”dan cavab gəlib. Münhen nəhənginin idarə heyətinin sədri Oliver Kan ideyanı dəstəklədiklərini bildirib:

“Bundesliqa üçün yeni modellər haqqında düşünməkdə maraqlıyıq. Hətta Çempionlar Liqasında 2024-cü ildən yeni format olacaq, ondan gözləntilər çoxdur.

Bundesliqada yarımfinal və final oyunlarının olması azarkeşlər üçün cəlbedici sayılacaq. "Bavariya" həmişə yeni ideyalara açıqdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti