“Bavariya” - “Leypsiq” matçında maraqlı anlar - VİDEO

6 Fevral 2022 15:20 Almaniya 728
“Bavariya” - “Leypsiq” matçında maraqlı anlar - VİDEO

Almaniya “BundesLiqa”sının 21-ci turunda lider “Bavariya” evində “Leypsiq”i qəbul edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın hər iki hissəsində azarkeşlər maraqlı mübarizənin şahidi olublar.

Artıq 12-ci dəqiqədə T.Müller “Bavariyan”ı hesabda önə çıxarıb. 27-ci dəqiqədə A.Silva hesabı bərabərləşdirsə də, ev sahiblərinin əsas qol silahı R.Levandovski 44-cü dəqiqədə komandasını yenidən önə çıxarıb.

İkinci hissənin əvvəlində qonaqlar C.Nkunkunun qolu ilə yenidən mübarizəyə bərabərlik gətiriblər. Lakin cəmi beş dəqiqə sonra J.Qvardiolun avtoqolu yenidən qonaqların hesabda geriyə düşməsinə səbəb olub - 3:2.

Qarşılaşmanın sonrakı dəqiqələrində hesab dəyişməyib və “Bavariya” bu mövsüm çempionatdakı 17-ci qələbəsini qazanaraq 52 xalla liderliyini davam etdirib.

“Leypsiq” isə 31 xalla yeddinci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti