Fantastik məvacibdən imtina etdi – “Bavariya”dan gedir

26 Yanvar 2022 21:40 Almaniya 888
Fantastik məvacibdən imtina etdi – “Bavariya”dan gedir

"Bavariya"nın 26 yaşlı mərkəz müdafiəçisi Niklas Zyule yeni müqavilə imzalamaqdan imtina edib.

Sportinfo.az xəbər verir ki, “Bavariya” rəhbərliyi ona fantastik məvacib artımı vəd etsə də, Niklas bundan imtina edib.

Futbolçuya illik 10 milyon avroya qədər maaş təklif olunduğu bildirilir.

Məlumata görə, Zyulenin "Bavariya"dan ayrılması artıq həll olunmuş məsələdir. Müdafiəçi bir neçə həftə əvvəl məsul şəxslərə bildirib ki, yayda başa çatacaq müqaviləni uzatmayacaq.

Məlumat doğru olarsa, o, son mövsümlərdə klubdan azad agent kimi ayrılan David Alaba, Jerom Boatenq və Xavi Martines kimi oyunçuların siyahısına qoşulacaq.

Zyule "Bavariya"ya 2017-ci ildə "Hoffenhaym"dan keçib. Müdafiəçi bu mövsüm Almaniya çempionatında 18 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi