2025-ci ildəki əsas transfer hədəfi odur – Məşhur klubun

21 Noyabr 2024 10:00 Almaniya 1 658
2025-ci ildəki əsas transfer hədəfi odur – Məşhur klubun

“Bayern” Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virtsi transfer etməyi planlaşdırır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “əczaçılar”ın futbolçusu Münhen klubu tərəfindən 2025-ci ilin yayında əsas transfer hədəfi kimi müəyyən edilib.

“Bayern” başa düşür ki, müqaviləni başa çatdırmaq üçün onlar “Bayer”ə rekord məbləğ – 100 milyon avrodan xeyli çox pul ödəməli olacaqlar.

Buna baxmayaraq, Münhen klubunun mövcud maliyyə vəziyyətini və hazırkı heyətin yüksək maaşlı oyunçularından birinin potensial satışını nəzərə alsaq, bu cür xərcləri ödəməyə kifayət qədər qadirdir.

Virtsin “Transfermarkt” portalında qiyməti 130 milyon avrodur. 21 yaşlı futbolçu ilə “Real” və İngiltərə Premyer Liqasının təmsilçiləri də maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu