
Almaniya Bundesliqasında 4-cü tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçirilib.
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer" səfərdə "Bavariya" ilə qarşılaşıb və heç-heçə edib - 2:2.
"Bayer" hazırda turnir cədvəlində 10 xalla liderdir, eyni xalı olan "Bavariya" isə 2-cidir.
Xatırladaq ki, "Qarabağ"la "Bayer" arasında 3-cü tur matçı 26 oktyabrda Almaniyada, cavab oyunu isə 9 noyabrda Bakıda keçiriləcək.
"Bavariya" - "Bayer" 2:2
Qollar: H.Keyn, 7, L.Qoretska, 86 - Qrimaldo, 24, E.Palasios, 90+4 (pen.)