Avropa birinciliyinin ilk günündə medal olmadı

8 Dekabr 2019 15:45 Ağır atletika 607
Avropa birinciliyinin ilk günündə medal olmadı

İsrailin Eylat şəhərində 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.

Qitə yarışmasında 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Sportinfo.az Azərbaycan Ağır Atletika Federasiyasına istinadən xəbər verir ki, Avropa birinciliyinin ilk günündə üç atletimiz qüvvəsini sınayıb.

Körpücük üzərinə ilk olaraq yaşı 15-ə qədər olan qızlardan Aişə Əliyeva çıxıb. 40 kiloqram çəki dərəcəsində çıxış edən atletimiz toplam 85 kiloqram (36+49) nəticə ilə 6-cı yeri tutub.

Daha sonra 15 yaş qrupunda Selcan Qarayeva mübarizəyə qoşulub. O, 45 kiloqram çəki dərəcəsində 121 kiloqram (53+68) nəticə ilə 7-ci pillədə qərarlaşıb.

Oğlanlardan körpücük üzərinə ilk olaraq yaşı 15-ə qədər olan atletlərdən Kənan Rəhimov çıxıb. O, 49 kiloqram çəki dərəcəsində toplam 168 kiloqram (70+98) nəticə göstərib və yekunda 6-cı yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti